BAYRAQDAR MEDİA – İyunun 12-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Milli Olimpiya Komitəsi (MOK) və “Təmiz Şəhər” ASC-nin tərəfdaşlığı ilə “Sahillər təmiz qalsın” şüarı altında ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib.
Bu haqda ETSN-nin yaydığı xəbərdə qeyd edilir.
Xəbərdə deyilir ki, “çimərlik mövsümünün açılışı ərəfəsində keçirilən və Ümumdünya Ətraf Mühit Gününə həsr olunan aksiya zamanı Şüvəlan çimərliyi ərazisi könüllülər tərəfindən təmizlənib, toplanan tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib”.