Son yeniləmə: 13 İyun 2024 11:03
BAYRAQDAR MEDİA – Şablada keçirilən hərbi təlimdə iştirak edən Bolqarıstan Prezidenti Rumen Radev jurnalistlərin seçkilərin nəticələri ilə bağlı suallarını cavablandırıb.
Radio Bolqarıstan xəbər verir ki, o, “seçkilərdə iştirak edənlərin Bolqarıstan vətəndaşları və partiyalar arasında bu dərin uçurumun niyə yarandığına dair öz müfəssəl təhlillərini aparacaqlarını gözləyirəm. Əksəriyyətin seçkilərdə iştirakdan imtina etməsi göstəricidir”deyib. Rumen Radev bildirib ki, parlament respublikasında ölkənin necə inkişaf edəcəyi seçkilərdə qalib gələn partiyalardan asılıdır: “Bundan sonra məsuliyyət onlarındır və bundan yayına bilməzlər”.
Yeni Parlamentin nə vaxt toplanacağı və siyasi qruplarla məsləhətləşmələrin nə vaxt başlayacağı ilə bağlı suallara isə dövlət başçısının cavabı düşündürücü olub: “Necə toplamaq olar? Rəhbərlərin bəziləri Facebook-da gizlənib, bəziləri kəndlərə, bəziləri isə meşəyə qaçıb. Mən onların geri qayıtmasını gözləyirəm”.