BAYRAQDAR MEDİA – İyunun 12-də Prezident İlham Əliyevin Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
Bu barədə xəbər sözügedən Fondan yayılıb.
Bildirilib ki, “Bəhruz Bəhramov 2020-ci ildən hazırkı tarixədək Fondun İcraçı direktorunun müşaviri vəzifəsini icra edib. Daha öncə Fondun Risklərin idarə edilməsi və İnvestisiya departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən 2014-2016-cı illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini, 2016-2020-ci illərdə isə həmin departamentin direktoru vəzifəsində işləyib”.