Son yeniləmə: 13 İyun 2024 10:09
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.
Bu barədə BAYRAQDRA MEDİA-ya İdarədən məlumat verilib.
Bildirilib ki, “test imtahanının nəticələri namizədlərin elektron poçt ünvanlarına göndərilib. Nəticələrə əsasən, test imtahanında iştirak edən 94 namizəddən 22-si 30 sualdan 18 və daha çoxunu doğru cavablandıraraq müsabiqənin müsahibə mərhələsinə vəsiqə qazanıb”.
Məlumata görə, müsabiqənin müsahibə mərhələsinə iyunun 13-də başlanacaq: “Müsahibənin vaxtı haqqında məlumat öncədən namizədlərin qeydiyyatdan keçdikləri elektron poçt ünvanlarına göndərilib. Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri və fərdi səriştələri nəzərə alınacaq”.