BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Güney Azərbaycan əyaləti Vərziğan mahalı Dizmar bölgəsinin adı məlum helikopter qəzasından sonra dəyişdirilmişdi.
Bu günlərdə İran bölgənin adını dəyişdirməklə bağlı qərarından daşınıb.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının İctimaiyyətlə Əlaqələr üzrə baş direktoru Meysəm Səidinin sözlərinə görə, bölgənin tarixi adı qorunacaq. Eləcə də qəzanın tarixi və siyasi əhəmiyyəti, ərazinin ətraf mühit təşkilatı tərəfindən əhatə olunduğu nəzərə alınaraq həmin ərazidə qəza yerini əbədiləşdirmək üçün simvol yaratmaq qərarına gəlinib.
Xəbərdə bildirilib ki, “bölgənin adının “Şəhid-e-comhur” adı ilə dəyişdirilməsi qərarı Güney Azərbaycan ictimai rəyinin, milli fəallarının və siyasi təşkilatlarının mənfi reaksiyasına səbəb olmuşdu”.