BAYRAQDAR MEDİA – “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara çağırış edib.
Bu barədə sözügedən Nazirliyin yaydığı müraciətdə bildirilir.
Deyilir ki, “tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcəkdir. Tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər”.
Bildirilib ki, “avtomobil yollarında hərəkətin təhlükəsizliyi DYP əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcəkdir”.