Son yeniləmə: 13 İyun 2024 16:39
BAYRAQDAR MEDİA – DPS-Hüquq və Azadlıqlar Hərəkatının həmsədri Delyan Peevski seçkilrədən sonra yaranmış vəziyyətlə bağlı açıqlama verib.
Radio Bolqarıstan xəbər verir ki, o, “Mən ən böyük siyasi gücün lideri Boyko Borisov və GERB-SDS-dən bütün Avro-Atlantik liderlərə vətənimizin gələcəyi ilə bağlı müzakirəyə başlamaq üçün dəvət gözləyirəm” deyib.
D.Peevski vurğulayıb ki, DPS yeni 50-ci Xalq Məclisində deputat mandatlarına görə ikinci partiyadır: “DPS üçün hakimiyyət heç vaxt öz-özlüyündə məqsəd olmayıb və bunu həmişə fəaliyyəti ilə təsdiqləyib. Bununla belə, biz Bolqarıstanın Avro-Atlantik yolundan dönməyəcəyinə əsas və təminat verməyə qərarlıyıq. Ölkə Bolqarıstan vətəndaşları tərəfindən legitim şəkildə seçilmiş partiyalar tərəfindən idarə olunmalıdır və heç kimin onların legitimliyinə şübhə etmək hüququ yoxdur”.