Son yeniləmə: 13 İyun 2024 18:46
BAYRAQDAR MEDİA – “Azərişıq” ASC-nin Mülki Müfadiə Qərargahı işğaldan azad edilən və doğma sakinlərinə qovuşan Füzulidə məktəb şagirdləri ilə ilk dəfə maarifləndirici tədbir keçirib.
Bu barədə xəbər sözügedən qurumdan yayılıb.
Xəbərdə deyilir ki, “Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alan 7-ci sinif şagirdləri təhlükəsizlik mövzusunda maarifləndirilib, onlara elektrik və mina təhlükəsizliyi ilə bağlı əməl edilməli qaydalar izah olunub. Həmçinin iştirakçılara mülki müdafiə sahəsində hazırlanan tədris vəsaitləri və maarifləndirici bukletlər təqdim edilib. Sonda məktəblilər elektrik təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə bütün ölkəyə çağırış edib”.
Vurğulanıb ki, “qurum Qarabağ və Şərqi Zəngəzurla yanaşı Azərbaycanın bütün regionlarında maarifləndirici tədbirlər və təlimlər həyata keçirir. Şagirdlərin təhlükəsizlik qaydalarına əməl etməsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək”.