Press "Enter" to skip to content

125 mindən çox şagird üçün monitorinq

Monitorinq zamanı

Son yeniləmə: 13 İyun 2024 11:44

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IV, VI, VII və VIII siniflərində təhsil alan 125 mindən çox şagird üçün Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “tədris ili ərzində 2 dəfə keçirilən monitorinqin nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub. Yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasından ibarətdir”.

Mission News Theme by Compete Themes.