Press "Enter" to skip to content

Zorlu Töredən vəfa ziyarəti

Zorlu Töre Qənirə Paşayevanın məzarını ziyarət edərkən

Son yeniləmə: 12 İyun 2024 14:30

BAYRAQDAR MEDİA – Ötən həftə Azərbaycanda səfərdə olan KKTC Cümhuriyyət Məclisinin sədri Zorlu Töre mərhum azərbaycanlı millət vəkili Qənirə Paşayevanın məzarını da ziyarət edib.

Bu barədə KKTC parlamentinin məlumatında qeyd edilib.

Bildirilib ki, ziyarət zamanı Cümhuriyyət Məclisinin sədri Zorlu Töre, UBP millət vəkili İzlem Gürçağ Altuğra, KKTC Bakı nümayəndəsi Ufuk Arca Turganer və parlamentin özəl katibi İrem Uyğun Qənirə Paşayevanın məzarı üzərinə qərənfillər qoyublar.

Ziyarət zamanı
Ziyarət zamanı

Məlumata görə, Q.Paşayevanın türk dünyasından millət vəkili olduğunu bildirən Z.Töre deyib: “Q.Paşayeva harada yaşamasından, doğulmasından asılı olmayaraq türk millətinin hüquqlarını müdafiə edən mübarizə adamı olub”.

Z.Töre Q.Paşayevanı çox erkən itirdiklərini xatırladaraq, onunla dostluqlarının çox keçmişə dayandığını və onu heç vaxt unutmayacaqlarını bildirib.

UBP Millət vəkili İzlem Gürçağ Altuğra da Paşayevanın məzarını ziyarət edərkən çox emosional əhval-ruhiyyədə olduqlarını bildirib. O, Q.Paşayevanın həyatını türk dünyasına bağladığını bildirib.

İzlem Gürçağ Altuğra Qənirə Paşayevadan aldıqları bayrağı daha da yüksəkliklərə daşıyacaqlarını bildirib.

 

Mission News Theme by Compete Themes.