BAYRAQDAR MEDİA – İyunun 21-i saat 14:00-da Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) 18 iyun – Azərbaycanda İnsan Hüquqları Gününə həsr olunmuş “Təsviri sənətdə insan hüquqları” adlı mühazirə keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxil olub.
Xəbərdə deyilir ki, “mühazirədə muzeyin kolleksiyasından ibarət Azərbaycan və dünya incəsənətinə aid, həmçinin yeni açılmış “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı ekpozisiyasında nümayiş etdirilən T. Salahov, V.Səmədova, S.Salamzadə və s. müəlliflərin əsərlərinin təhlili yer alacaq. Mühazirədə mövzu üzrə insan hüquqlarını əks etdirən, təsviri sənətdə fərdin əsas hüquqları – təhsil, iş, istirahət və s. kimi mövzulardan bəhs ediləcək”.
Mühazirə Muzeyin İnnovasiya şöbəsinin müdiri, sənətşünas Məhbarə Abbasova tərəfindən təqdim olunacaq.