Son yeniləmə: 12 İyun 2024 13:57
Bolqarıstanın Azərbaycandan Avropaya uzanan “yaşıl” enerji dəhlizinin ortaq səhmdarı olmaq istəyir
BAYRAQDAR MEDİA – Bolqarıstanın Baş naziri Dimitar Qlavçev Berlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Radio Bolqarıstan xəbər verir ki, görüşdə o, “Bolqarıstan Azərbaycanda hasil edilən “yaşıl” enerjinin Avropaya ötürülməsi üçün “yaşıl” dəhlizin yaradılması təşəbbüsünün ortaq səhmdarı olmağa hazırdır” deyib: “Görüş zamanı bir həftə əvvəl Sofiyada tikintisi ilə bağlı iki əsas müqavilənin imzalandığı “Şaquli Qaz Dəhlizi” də müzakirə olunub. Bolqarıstanın qaz xəritəsindəki yerini gücləndirəcək layihənin məqsədi Rusiyanın qaz təchizatını əvəz etməkdir. Bu Azərbaycan təbii qazının Güneydən Quzeyə Mərkəzi Avropa bazarlarına nəqli üçün əsas dəhliz rolunu oynayacaq”.