Press "Enter" to skip to content

Rahat əldə ediləcək təhsil sənədləri

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) elektron qaydada rahat əldə ediləcək təhsil sənədləri barədə məlumat paylaşıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “my.gov.az portalına təhsil məlumatları da inteqrasiya olunur. Vətəndaşlar təhsil haqqında elektron arayışlarını rəqəmsal portfel rolunu oynayan bu portaldan asanlıqla və daha sürətli şəkildə əldə edə bilərlər. Bildirək ki, sözügedən portalda vətəndaşların bütün şəxsi məlumatları əks olunur”.

Qeyd edək ki, yaxın günlərdə vətəndaş müraciətləri üçün “Təhsil məlumatlarım” bölməsində müvafiq kateqoriyalar üzrə “Müraciət et” hissəsi aktivləşdiriləcək.

Mission News Theme by Compete Themes.