Press "Enter" to skip to content

Parlamentdə 7 partiya təmsil olunacaq

Bolqarıstan parlamenti

Son yeniləmə: 12 İyun 2024 10:09

BAYRAQDAR MEDİA – Bolqarıstanda iyunun 9-da keçirilən parlamrent seçkilərinin nəticələri bəllidir. 100 faiz işlənmiş seçki protokollarına görə, yeni Məclisə 7 partiya daxil olur

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, “Mərkəzi Seçki Komissiyası 100 faiz işlənmiş seçki protokollarının nəticələrinə görə “GERB-SDS”nin Xalq Məclisində səsvermədə ilk siyasi qüvvə olduğunu açıqlayıb. Xalq Məclisi seçkilərinin nəticələri aşağıdakı kimidir: GERB-SDS – 24,7 faiz, Hüquq və Azadlıqlar Hərəkatı DPS – 17,07 faiz, “Prodaljavame Promyanata – Demokratik Bolqarıstan” – 14,33 faiz, “Vazrajdane” – 13,78 faiz, “BSP for Bolqarıstan” – 7,06 faiz, “İma Takav Narod” – 6,10 faiz və “Veliçie” – 4,65 faiz”.

Məlumata əsasən, Avropa Parlamentinə seçkilərin nəticələri aşağıdakı kimidir: GERB-SDS – 23,54 faiz, Hüquq və Azadlıqlar Hərəkatı DPS – 14,66 faiz, “Prodaljavame Promyanata – Demokratik Bolqarıstan” – 14,44 faiz, “Vazrajdane” – 13,98 faiz, “BSP for Bolqarıstan” – 7,01 faiz, “İma Takav Narod” – 6,04 faiz.

Mission News Theme by Compete Themes.