Press "Enter" to skip to content

MEK-də yeni daxil olan nəşrlərin sərgisi

Sözügedən sərgi

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yeni daxil olan nəşrlərin sərgisi keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “Ümumilikdə 102 adda nəşrin təqdim edildiyi sərgidə Azərbaycan dövlətçiliyi sahəsində dəyərli kitablardan “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” beynəlxalq konfransın materialları, “Heydər Əliyev – İlham Əliyev müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, “Heydər Əliyev 100 faktın tarixi”, “Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət”, “Qarabağ tarixi 1920-1990”,“Zəfər marşı” və digərləri nümayiş olunur”.

Sonra xəbərdə, “bundan əlavə, müxtəlif elm sahələrini əhatə edən “Avesta Yasna”, “Qədim Roman dilləri”, “Roman filologiyasına giriş”, “Nəqliyyatda intellektual idarəetmə sistemləri”, “Azərbaycanın neft-qaz yataqları və perspektivli strukturları” üç kitab, “Mikroorqanizmlərin genetikası”, “Qədim dövrdə Azərbaycanda elmi biliklərin və təhsilin təşəkkülü”, “Nevrologiyada müayinə metodları (şkalalar, testlər, sorğu anketləri)” tədris-metodiki vəsait, “Nevrologiya”, “Azərbaycanda riyaziyyat elminin tarixi”, bədii ədəbiyyat kitablarından Vaqif Bəhmənlinin “Əsərlər”i çoxcildliyi, “Keçmişdən gələcəyə”, Hürzad Əhmədlinin “Ruhum yaşayacaq bu sətirlərdə”, o cümlədən Şəmsəddin Küzəçinin “Kərkükün milli yazıçısı Ata Tərzibaşının həyatı və əsərləri”, İsgəndər Atillanın “Əsrin şairi. Cavid etikası”, “Şuşanın görkəmli simaları” və s. kitablar sərgilənir” deyə bildirilir.

Qeyd edək ki, sərgi iki həftə davam edəcək.

Mission News Theme by Compete Themes.