Son yeniləmə: 12 İyun 2024 13:46
BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta (MDSS) haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 186,9 milyon manat və ya 8,9 faiz artım qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 12-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 milyon manat və ya 3,3 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 198,2 milyon manat və ya 14,8 faiz artımla olub”.