Son yeniləmə: 12 İyun 2024 13:55
BAYRAQDAR MEDİA – 2024-cü ilin may ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 775 ton olub. Bunun 62 118 tonunu xam neft, 14 657 tonunu kondensat təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 12-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel(74 259 ton) təşkil edir.