Press "Enter" to skip to content

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi

Tamaşa

BAYRAQDAR MEDİA – 11–12 iyun tarixlərində “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi çərçivəsində Lənkəran və Şəki məktəbliləri teatr tamaşalarını izləyiblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “nümayiş etdirilən tamaşalar Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” və Şəki Dövlət Dram Teatrında “Çələbi xan” olub. Tamaşaları ümumilikdə 2 min 500 nəfərə yaxın məktəbli izləyib. Layihə ETN, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib”.

Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Layihə çərçivəsində növbəti tədris ilindən 6 min nəfərdən çox region məktəblisi müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləmək imkanı qazanacaq.

Mission News Theme by Compete Themes.