Press "Enter" to skip to content

Kitab tanıtma: “Qarabağda qiyamət”

Qarabağda qiyamət

Son yeniləmə: 12 İyun 2024 14:41

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlər sırasında tanınmış yazıçı-publisist Ulduz Qasımın “Qarabağda qiyamət” romanı da var.

Moskvada yaşayan yazıçının Qarabağ münaqişəsi mövzusunda silsilə kitablarının davamı olan bu nəşr Vətən müharibəsinə həsr olunmuş ilk irihəcmli əsərdir. Müəllifin II Qarabağ savaşının ilk günlərindən qələmə almağa başlayıb tarixi zəfərdən 72 gün sonra tamamladığı bu əsərdə Azərbaycan xalqının qarşısıalınmaz qələbə əzmi və döyüşçülərin misilsiz qəhrəmanlığı sənədli materiallar əsasında bədii şəkildə salnamələşib.

Qeyd edək ki, kitabın redaktoru Əməkdar jurnalist Tahir Aydınoğludur.

Mission News Theme by Compete Themes.