BAYRAQDAR MEDİA – Bakıda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mətbuat Xidmətinin və Gürcüstan Müdafiə Nazirliyinin Strateji Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndələri arasında görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “qonaqlara general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Nazirliyin Kommunikasiya Strategiyası ilə bağlı ətraflı məlumat verilib. Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar zamanı dezinformasiyalara qarşı aparılan mübarizə tədbirlərindən danışılıb”.
Məlumata görə, sonra nümayəndə heyətinə kommunikasiya, o cümlədən media və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlərlə bağlı brifinq təqdim edilib.
Vurğulanıb ki, “görüşdə, hər iki ölkə ordularında strateji kommunikasiya işinin təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi informasiya sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib”.