Press "Enter" to skip to content

Güney Azərbaycanlı siyasi məhbuslar üçün sən də imza ver

Təbriz küçələrində posterlər

BAYRAQDAR MEDİA – “Azərbaycanlı siyasi məhbuslarının məhkəməsi açıq keçirilsin” kampaniyasına dəstək petisiyası 763 ilkin imza ilə yayılıb, imzatoplama kampaniyası davam edir.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya Güney Azərbaycanlı siyasi fəallar veriblər.

Bildirilir ki, “Azərbaycanlı türk fəalların İran daxilində başladığı bu kampaniya ilk olaraq milli, mədəni və siyasi fəalların dəstəklədiyi yüzə yaxın video və mətnin yayılması ilə ictimai rəy və medianın diqqətini çəkdi. Hazırda 763 siyasi və vətəndaş fəalı petisiyanı imzalayaraq bu kampaniyaya dəstək verib”.

O da qeyd edilir ki, müraciəti “imzalayanlar Azərbaycan türk siyasi məhbuslarına, digər məzlum xalqlara və İranın müxtəlif bölgələrinə qarşı ittihamların çox vaxt qeyri-qanuni, hüquqa zidd və qeyri-şəffaf olduğunu və bu məhbusların qeyd-şərtsiz azadlığa layiq olduqlarını hesab etdikləri halda İran İslam Respublikası hökuməti onları yenə də mühakimə etməkdə israrlıdır, heç olmasa öz qanunlarına və beynəlxalq insan haqları standartlarına uyğun olaraq onları açıq şəkildə, jüri və müdafiə vəkillərinin iştirakı ilə mühakimə etməlidir ki, ictimai rəyin və cəmiyyətin vicdanının hansı tərəfin haqlı olduğuna qərar verilsin”.

Bildirilir ki, imzatoplama kampaniyası davam edir və hər kəs onlayn petisiyanı imzalayıb kampaniyaya dəstək verə bilər.

Mission News Theme by Compete Themes.