Press "Enter" to skip to content

Daha bir şəhərdə etiraz vərəqələri paylanıldı

Seçki boykot edilir

BAYRAQDAR MEDİA – İyunun 11-də Təbrizdə milli hərəkatın fəalları prezidentliyə namizədlərin seçki kampaniyalarının başlaması ilə eyni vaxtda divarlara minlərlə vərəqə yapışdırıb.

Bu barədə xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyi yayıb.

Xəbərdə deyilir ki, “çoxmillətli, qeyri-demokratik və mərkəzçi İranın Azərbaycan türkləri də daxil olmaqla fars olmayan millətlərinin və etniklərin hüquqları nə tanınır, nə də onlara hörmət edilir. Bu sistem öz mədəni və siyasi infrastrukturunu fars dili və mədəniyyəti üzərində qurur və dövlət siyasəti ilə digər dil və mədəniyyətlərin, türk bölgələrinin və digər ətraf bölgələrin iqtisadiyyatının aradan qaldırılması və məhv edilməsini sistemli şəkildə həyata keçirir. Ona görə də İranda şou seçkiləri Azərbaycan türklərinə qarşı təzyiq və ayrı-seçkilik prosesini dəyişməyəcək və ayrı-seçkiliyə məruz qalan cəmiyyətimiz üçün heç bir nəticə və nailiyyət gətirməyəcək”.

Fəallar bildirib ki, “Azərbaycan milləti heç bir diktatorun bayrağı altında olmayıb və rejimin əlaltısına da çevrilməyəcək”.

Vərəqələrdə yazılıb: “Biz bilirik ki, sağlam, şəffaf və rəqabətli seçkilər vasitəsilə siyasi iştirak demokratik sistemlərin mühüm vasitələrindən biridir, lakin onun yanında hüquqlar, fikir və ifadə azadlığı, həmçinin partiya və təşkilatların azadlığı, dinc aksiyalar və mətbuat azadlığı olmalıdır, eləcə də məhkəmələr müstəqil keçirilməlidir”.

Mission News Theme by Compete Themes.