Press "Enter" to skip to content

Beynəlxalq forumun iştirakçıları Bakıda

Ərəblər ASAN-da

BAYRAQDAR MEDİA – İyunun 11-də Bakıda keçirilən Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunun iştirakçıları “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya sözügedən mərkəzdən verilib.

Qonaqlara mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilərək bildirilib ki, “prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan mərkəz əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Təcrübəsinin paylaşılması istiqamətində də 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edir. Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb”.

Məlumata görə, qonaqlar mərkəzin fəaliyyətini yüksək qiymətləndirdikdən sonra “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “ABAD” və “Bilim Bakı” mərkəzi ilə tanışlıqları baş tutub.

Qeyd edək ki, forum “Azərbaycan Hökuməti ilə BƏƏ Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun icrası çərçivəsində reallaşdırılır.

Mission News Theme by Compete Themes.