Son yeniləmə: 12 İyun 2024 14:37
BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyə Məclisi bayram günləri ilə bağlı qərar qəbul edib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “qərara görə, 16-19 iyun tarixləri arasında 4 günlük Qurban bayramında Eskişehirdə ictimai nəqliyyat pulsuz olacaq. Qərara əsasən, Eskişehirlilər 16-19 iyun tarixləri arasında 4 günlük tətil müddətində Eskişehir Böyükşəhər Bələdiyyəsinin ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə edə biləcəklər”.