Press "Enter" to skip to content

“Ulu Öndər milli irsimizin keşiyində” adlı mühazirə

Ulu Öndər milli irsimizin keşiyində

BAYRAQDAR MEDİA – İyunun 14-ü saat 14:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Ulu Öndər milli irsimizin keşiyində” adlı mühazirə keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxil olub.

Xəbərdə bildirilir ki, “Muzeyin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyev tərəfindən təqdim olunacaq mühazirədə Ümummilli Lider, dahi dövlət xadimi Heydər Əliyevin incəsənətə, sənət xadimlərinə göstərdiyi qayğı və diqqətdən, bu sahədə həyata keçirdiyi böyük tədbir və layihələrdən, rəssam və heykəltəraşlarla dostluq münasibətlərindən və digər mühüm məqamlardan söhbət açılacaq. Mühazirədə həmçinin Ümummilli Liderin təsviri sənətin müxtəlif sahələrində yaradılmış parlaq obrazlarından bəhs olunacaq”.

Qeyd edək ki, mühazirədə iştirak üçün qeydiyyatdan keçmək lazımdır.

Mission News Theme by Compete Themes.