Son yeniləmə: 11 İyun 2024 14:34
BAYRAQDAR MEDİA – Turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları iyunun 10-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro arasında görüşdə müzakirə edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 11-də Agentlikdən məlumat verilib.
Bildirilib ki, “görüşdə hər iki ölkənin üzv olduğu beynəlxalq təşkilatlar, xüsusilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və BMT-Turizm çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı, həmçinin turizm təhsili, xidmət sahəsi üzrə kadrların hazırlanması, assosiasiyalar və özəl sektorla tərəfdaşlıq imkanları müzakirə edilib”.