Press "Enter" to skip to content

Nazir Astarada vətəndaşları qəbul edəcək

Kənd Təsərrüfatı Nazirliyi

Son yeniləmə: 11 İyun 2024 09:11

BAYRAQDAR MEDİA – kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 21-də saat 09:00-da Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 11-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Astara Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-331-70-63) müraciət edə bilərlər”.

Məlumata görə, qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar: “Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər”.

Mission News Theme by Compete Themes.