BAYRAQDAR MEDİA – Qaşqay türkü olan hüquq fakültəsinin tələbəsi, ictimai fəal Fazil Vəziri 34 günlük həbsdən sonra Şirazdakı Adilabad zindanından 1 milyard tümən (23 min 628 dollar) girov qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “Fazil Vəziri mayın 6-da Şirazda saxlanılıb. 5 gün ərzində sorğu-sual edilərək Şirazın Təhlükəsizlik və Kəşfiyyat İdarəsində işgəncələrə məruz qalıb. Daha sonra Adilabad həbsxanasına köçürülüb”.
Məlumata görə, o, “hakimiyyətə müxalif qruplara dəstək yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı əlbir olmaq” və “ictimai düşüncəni çaşdırmaq məqsədi ilə yalan məlumatlar paylaşmaq”da ittiham olunur.
Qeyd edək ki, bundan əvvəl də fəal eyni ittihamlarla həbs edilib.