Son yeniləmə: 11 İyun 2024 09:13
BAYRAQDAR MEDİA – Denizlidə 6 ayda 2 dəfə bahalaşan çörəyin ardından simitdə növbəti bahalaşma qeydə alınıb.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Məlumata görə, 8 lirəyə satılan simit iyunun 9-dan etibarən 10 lirədən satılmağa başlayıb: “Dənizlidə yanvar ayında 7 lirədən 8 lirəyə qalxan çörəyin qiyməti son artımla 10 lirəyə yüksəlib. Çörəkçilər 210 qram çörəyi 10 lirədən satmağa başlasa da, simitdə də bahalaşma olub. Əvvələr 8 lirəyə satılan xırtıldayan simitin qiyməti 10 lirəyə qaldırılıb. Simitlə yanaşı, şirniyyat məhsullarında da qiymət artımı olub”.