BAYRAQDAR MEDİA – Tailandın paytaxtı Banqkok şəhərində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri hesab olunan Times Higher Education (THE) Agentliyinin təşkilatçılığı ilə Qlobal Davamlı İnkişaf Konqresi keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “BDU əməkdaşları – rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Protokol sektorunun müdiri Cahan Qənizadə Konqresdə BDU-nu təmsil edirlər. Nüfuzlu ali təhsil müəssisələrinin iştirak etdiyi Konqresdə BDU Azərbaycan pavilyonunda təmsil olunur. Məlumat üçün bildirək ki, 3 gün davam edəcək Konqresdə 3 mindən çox nümayəndənin və 350-dən artıq məruzəçinin iştirak etməsi planlaşdırılır”.
Konqresdə nümayəndələr üçün eksklüziv olaraq canlı sual-cavab sessiyasının müşayiəti ilə universitetləri Dayanıqlı İnkişaf Məqsədləri üzrə qiymətləndirən yeganə qlobal reytinq cədvəli “THE Impact Rankings 2024”ün nəticələri də təqdim olunacaq.