BAYRAQDAR MEDİA – İranda prezidentliyə namizədliyi təsdiq edilən 6 şəxsin adlarının açıqlanması ilə eyni vaxtda Güney Azərbaycan milli hərəkatının bir qrup fəalı Urmu şəhərində etiraz vərəqələri paylayıb.
Bu barədə xəbəri GünAz.TV yayıb.
Xəbərdə deyilir ki, “fəallar etiraz vərəqələrində prezident seçkilərində iştirak etməyəcəklərini bildirib, Azərbaycanlıları da seçkiləri boykot etməyə çağırıblar”.
Vərəqələrdə yazılıb: “Biz yaxşı bilirik ki, sağlam, şəffaf və rəqabətli seçkilər vasitəsilə siyasi iştirak demokratik sistemin vacib alətlərindən biridir. Ancaq onun yanında hüquq, fikir və ifadə, partiya və təşkilatların azadlığı, dinc aksiyalar və mətbuat azadlığı olmalıdır, eləcə də məhkəmələr müstəqil keçirilməlidir”.