Press "Enter" to skip to content

TÜRKPA-dan KKTC-yə önəmli dəstək

İzlem Gürçağ Altuğra

TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun 4-cü iclası KKTC-də keçiriləcək

BAYRAQDAR MEDİA – “Bu toplantı mənim və ölkəm üçün xüsusilə yaddaqalan oldu. Çünki toplantıda TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun 4-cü iclasının KKTC-də keçirilməsi barədə qərar qəbul edildi. Bu olduqca mühüm qərardır. Hətta mən deyərdim ki, KKTC üçün tarixi qərardır. Çünki hazırda beynəlxalq aləmin, Batının haqsız embarqolarına məruz qalan KKTC ilə bağlı bu cür qərarın qəbulu bizə əlavə güc verəcək”.

Bunu ötən həftə Bakıda keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclası çərçivəsində reallaşan Qadın Parlamentarilər Qrupunun 3-cü iclasının iştirakçısı İzlem Gürçağ Altuğra dedi.

Məlumat üçün bildirək ki, KKTC Cümhuriyyət Məclisində hakim Ulusal Birlik Partiyasından (UBP) millət vəkili olan İzlem Gürçağ Altuğra BAYRAQDAR MEDİA-ya özəl müsahibə verib. Onunla müsahibəni, həmçinin, ayrı-ayrı məqamlarla bağlı maraqla qarşılanacaq aşıqlamaları tezliklə oxuculara təqdim edəcəyik.

Hələlik isə onu bildirək ki, KKTC millət vəkili yuxarıda bəhs edilən qərarı olduqca önəmli adlandırıb: “Bu qərar həm də KKTC-nin tarixinə Azərbaycanla bağlı mühüm məqamlar kimi də düşəcək. Əvvəla, bu qərar qardaş Azərbaycanda keçirilən toplantıda, özü də məhz Azərbaycandan olan millət vəkili, dəyərli Məlahət xanımın təklifi ilə qəbul edildi. İkincisi, bu qərar TÜRKPA Qadın Parlamentarilər Qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldızın imzası ilə TÜRKPA-nın 13-cü Plenar iclasına təqdim edildi və yenə də Plenar İclasın Azərbaycan Milli Məclsinin iclas zalında keçirilən toplantısında rəsmilşdirildi. Ən nəhayət, biz bu toplantıda ilk dəfədir ki, iştirak edirdik ki, bu da ev sahibi qardaş Azərbaycan tərəfininin dəvəti ilə reallaşdı”.

Mission News Theme by Compete Themes.