Press "Enter" to skip to content

Təkrar sertifikatlaşdırma ilə bağlı apellyasiya müraciətləri

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – İyunun 8-də təşkil olunan təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna başlanılıb.

Bu haqda Elm və Təhsil Nazirliyinin (ETN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “müəllimlər imtahanda təqdim edilən suallarla bağlı müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər”.

Qeyd olunub ki, müraciətlər 13 iyun saat 11:00-a qədər qəbul olunacaq.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Mission News Theme by Compete Themes.