Son yeniləmə: 10 İyun 2024 08:14
BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev iyunun 10-da qardaş Türkiyəyə işgüzar səfər edəcək.
Bu barədə Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığına istinadən Anadolu Ajansı məlumat yayıb.
Bildirilib ki, işgüzar səfər Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın dəvəti əsasında gerçəkləşəcək: “Ankarada keçiriləcək danışıqlar zamanı Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq”.
Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanlığının açıqlamasında o da bildirilib ki, görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi də nəzərdə tutulur.