Son yeniləmə: 10 İyun 2024 14:07
BAYRAQDAR MEDİA – Ötən həftə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər üzrə üzvlərinin seçkiləri keçirilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə Özbəkistan seçkilərdə 185 səs toplayıb və tarixində ilk dəfə olaraq ECOSOC-da yerini tutub.
Mövzu ilə bağlı Özbəkistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: “Ölkəmizin BMT-nin bu əsas orqanına seçilməsi Özbəkistanda Prezidentin rəhbərliyi ilə bütün sahələrdə aparılan mütərəqqi islahatların beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən geniş şəkildə dəstəkləndiyini bir daha sübut edir”.
BMT-nin iqtisadi və sosial fəaliyyətinin əlaqələndirilməsinə cavabdeh olan bu qurum üç məsələ üzərində işləyir: iqtisadi, sosial və ekoloji. Şura üç il müddətinə seçilən 54 üzvdən ibarətdir.