Son yeniləmə: 10 İyun 2024 16:04
BAYRAQDAR MEDİA – “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Əmək münasibətlərində şəffaflığın təmin edilməsində əmək müqaviləsinin əhəmiyyəti” adlı layihə həyata keçirir.
Layihə çərçivəsində növbəti məlumatlandırma-maarifləndirmə tədbiri iyun ayın 8-də Lənkəran şəhərində təşkil edilib.
Bu barədə BAYARQDAR MEDİA-ya İctimai Bilrikdən məlumat verilib.
Təşkilatdan bildirilib ki, tədbirdə əmək müqaviləsi bağlanmasının əhəmiyyəti, əmək müqaviləsi bağlanmamasının səbəbləri və fəsadları, Əmək və vergi qanunvericiliyinin qeyr-rəsmi əmək bazarının həcminin məhdudlaşdırlmasına mane olan müddəaları, həmçinin əmək müqavilələri əvəzinə mülki-hüquqi müqavilələrin bağlanmasının mənfi təsirləri və s. mövzuda müzakirələr aparılıb.
Tədbirdə mövzu ilə bağlı prezentasiya təqdim ediliib, iştirakçıların sualları cavbladırılıb.