Press "Enter" to skip to content

Nazirlikdə BMT-nin ölkə direktoru ilə görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun (UNFPA) Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış strukturları, həmçinin UNFPA ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. T.Musayev Azərbaycanın BMT-nin Əhali Fondu ilə bir sıra sahələrdə, o cümlədən səhiyyə sahəsində də effektiv əməkdaşlığını qeyd edib. Nazir, həmçinin cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi edəcəyini vurğulayıb. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini vurğulayan T.Musayev, cari ildə milli və qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim dəyişikliyinin mənfi təsirlərinə həsr olunduğunu bildirib. Sonda nazir Azərbaycan ilə BMT-nin Əhali Fondunun birgə fəaliyyətinin gələcəkdə də səmərəli şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib”.

Daha sonra xəbərdə, “səmimi qəbula görə minnətdarlığını bildirən M.Xan Azərbaycan ilə BMT-nin Əhali Fondu arasında əldə olunan tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, UNFPA demoqrafiya ilə bağlı məsələlərə, gender bərabərliyinin təşviqi və qadınların sağlamlığının qorunmasına yönələn çoxşaxəli təşəbbüslərində Azərbaycan hökuməti ilə uzunmüddətli tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyir. M.Xan, həmçinin Azərbaycanı COP29-un ev sahibliyi edəcəyi münasibəti ilə təbrik edib. Onun sözlərinə görə, cari il üçün prioritet COP29 konfransına hazırlıqları dəstəkləmək məqsədi ilə BMT-nin Əhali Fondunun müqayisəli üstünlüyünə uyğunlaşdırılan iqlim dayanıqlılığı səylərinə veriləcək” deyə qeyd olunur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.