Press "Enter" to skip to content

Nərgiz Məhəmmədinin məhkəməsi keçirildi

Nərgiz Məhəmmədi

BAYRAQDAR MEDİA – İyunun 8-də Güney Azərbaycanlı hüquq müdafiəçisi və 2023-cü il Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədinin “dövlət quruluşu əleyhinə təbliğat” ittihamı ilə məhkəmə iclası keçirilib.

Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “Tehran İnqilab Məhkəməsinin 29 saylı bölməsində məhkəmə iclası qapalı və onun iştirakı olmadan keçirilib. İranlı vəkil Mustafa Nili məhkəmə iclasında xanım Məhəmmədini müdafiə edib”.

Vəkil bildirib ki, məhkəmədə Nərgiz Məhəmmədinin məcburi hicaba qarşı çıxan, zorakılığa məruz qalmış və cinsi zorakılıq əlamətləri aşkarlanan Dina Qalibaf adlı gənc qadınla bağlı dedikləri, o cümlədən parlament seçkilərini boykot etmək haqqında fikirləri vurğulanıb.

Mission News Theme by Compete Themes.