BAYRAQDAR MEDİA – İyunun 2-də Tehran əyalətinin Baharistan şəhərində həbs edilmiş milli fəal, teatr aktyoru və radio aparıcısı Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu) ittihamı və harada saxlanıldığı barədə məlumat verilmir.
Bu barədə xəbəri “Güney AzFront” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “milli fəalın yaxınlarının onunla bağlı əlaqədar dövlət qurumlarına müraciətləri cavabsız qalıb”.
Məlumata görə, təhlükəsizlik məmurları əslən Güney Azərbaycanın Sərəskənd şəhərindən olan fəalın evinə basqın edib və məhkəmə hökmü olmadan onu özləri ilə aparıb.