Press "Enter" to skip to content

Bişkekdə “Türk dünyası qadın rəssamların gözü ilə” sərgisi

Sərgi zamanı

Son yeniləmə: 10 İyun 2024 14:18

BAYRAQDAR MEDİA – 6-8 iyun tarixləri arasında Qırğızıstanın paytaxtı Bişkekdə Qapar Aytiyev adına Milli Gözəl Sənətlər Muzeyində “Türk Dünyası Qadın Rəssamların Gözü ilə” adlı sərgi keçirilib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunan sərgidə Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkiyə və Türkmənistandan olan qadın rəssamların əsərləri sənətsevərlərə təqdim olunub. Məlumata görə, sərginin kuratoru Özbəkistan Rəssamlıq Akademiyasının müəllimi Kamola Akilovadır: “Türk dünyasının uğurlu qadın rəssamlarının düşüncələrini, hisslərini, ehtiraslarını və arzularını əks etdirən əsərlərin yer aldığı sərgiyə sənətsevərlər böyük maraq göstərib. Əsərlərdə türk dünyasının ortaq mədəniyyəti, tarixi və dəyərləri də yer alıb”.

Mission News Theme by Compete Themes.