Press "Enter" to skip to content

Bakı toplantısı KKTC üçün tarixi qərarla yadda qaldı

Müsahibə zamanı

İzlem Gürçağ Altuğra: Qardaş Azərbaycana ilk səfərimdən ölkəmə “əlidolu” dönürəm

BAYRAQDAR MEDİA – “Bu mənim qardaş Azərbaycana ilk səfərimdir və bu səfər xatirimdə çox dərin iz buraxacaq. Çox təmiz bir məmləkətiniz var. İnsanlar qanunlara, qaydalara sayğı ilə yanaşırlar. Burada insan sevgisi, sabitlik, qayda-qanunlara əməl etmək insanların gündəlik həyatının əsas prinsipidir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) parlamentinin üzvü İzlem Gürçağ Altuğra dedi.

Məlumat üçün bildirək ki, KKTC Cümhuriyyət Məclisində hakim Ulusal Birlik Partiyasından (UBP) millət vəkili olan İzlem Gürçağ Altuğra ötən həftə Azərbaycana səfər edib. Səfərdə məqsəd Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclası çərçivəsində Qadın Parlamentarilər Qrupunun 3-cü iclasında iştirak etmək olub.

Səfər çərçivəsində BAYRAQDAR MEDİA-ya özəl müsahibə verən İzlem Gürçağ Altuğra həm KKTC-nin daxili siyasəti, həm də digər məsələlərlə bağlı maraqlı məqamlara toxunub. Onunla müsahibəni bir hissəsini, Bakı səfəri və keçirilən toplantı ilə bağlı fikirlərini təqdim edirik. Onu da qeyd edək ki, İzlem xanımın KKTC-nin daxili siyasəti və digər məsələlərlə bağlı fikirlərini də yaxın günlərdə oxuculara təqdim edəcəyik.

 4-cü iclas KKTC-də keçiriləcək

Hələlik isə onu bildirik ki, bu toplantı KKTC üçün mühüm bir qərarın qəbulu ilə tarixə düşüb. Bu barədə bizə müsahibəsi zamanı İzlem xanım məlumat verdi.

İzlem Gürçağ Altuğra deyir ki, "Batının haqsız embarqolarına məruz qalan KKTC ilə bağlı bu cür qərarın qəbulu bizə əlavə güc verəcək"
İzlem Gürçağ Altuğra deyir ki, “Batının haqsız embarqolarına məruz qalan KKTC ilə bağlı bu cür qərarın qəbulu bizə əlavə güc verəcək”

Bəlli oldu ki, Bakıdakı toplantı zamanı TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun 4-cü iclasının KKTC-də keçirilməsi barədə qərar qəbul edilib. Bunu KKTC və Kıbrıs türk xalqı üçün həyati əhəmiyyətli qərar olaraq dəyərləndirən İzlem Gürçağ Altuğra Azərbaycandan KKTC-yə “əlidolu” gedəcəyini vurğuladı: “Əvvəla onu deyim ki, TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun topalntısında ilk dəfə KKTC-dən olan bir millət vəkili olaraq iştirak etməkdən, bu ali toplantıda çıxış etməkdən qürur duyuram. Bu qüruru mənə yaşatdıqları üçün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya, TÜRKPA Katibliyinə təşəkkür edirəm. Bu toplantı mənim və ölkəm üçün xüsusilə yaddaqalan oldu. Çünki toplantıda TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun 4-cü iclasının KKTC-də keçirilməsi barədə qərar qəbul edildi. Bu olduqca mühüm qərardır. Hətta mən deyərdim ki, KKTC üçün tarixi qərardır. Çünki hazırda beynəlxalq aləmin, Batının haqsız embarqolarına məruz qalan KKTC ilə bağlı bu cür qərarın qəbulu bizə əlavə güc verəcək”.

Bu qərar həm də KKTC-nin tarixinə Azərbaycanla bağlı mühüm məqamlar kimi də düşəcək

KKTC millət vəkili dedi ki, bu qərar həm də KKTC-nin tarixinə Azərbaycanla bağlı mühüm məqamlar kimi də düşəcək: “Əvvəla, bu qərar qardaş Azərbaycanda keçirilən toplantıda, özü də məhz Azərbaycandan olan millət vəkili, dəyərli Məlahət xanımın təklifi ilə qəbul edildi. İkincisi bu qərar TÜRKPA Qadın Parlamentarilər Qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldızın imzası ilə TÜRKPA-nın 13-cü Plenar iclasına təqdim edildi və yenə də Plenar İclasın Azərbaycan Milli Məclsinin iclas zalında keçirilən tplantısında rəsmilşdirildi. Ən nəhayət, biz bu toplantıda ilk dəfədir ki, iştirak edirdik ki, bu da ev sahibi qardaş Azərbaycan tərəfininin dəvəti ilə reallaşdı”.

Bu, bizim üçün çox mühüm və dəyərli bir addımdır

Müsahibimiz “Bu məqamda qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər Kıbrıs türk xalqını da qürurlandırdı. Biz Kıbrıs türkləri olaraq bu qələbəyə görə çox sevindik və başda cənab Prezident İlham Əliyev olmaqla qardaş Azərbaycan xalqını təbrik edirəm. Onu da deyim ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanda bütün tədbirlərdə KKTC bayrağı dalğalanacaq” deyərək Cümhurbaşqanı Ersin Tatarı Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısına dəvət etməsi tarixi hadisədir. Bu, bizim üçün çox mühüm və dəyərli bir addımdır. Buna görə də ölkəm və xalqım adından bir daha qardaş Azərbaycana, onun dəyərli rəhbərinə minnətdarlıq edirəm” dedi.

İclasdakı çıxışlarda türk dünyasının inkişafında qadınların rolundan bəhs edildi

Toplantının mövzusuna gəlincə qeyd edildi ki, 3-cü iclas “Qadınlar – TÜRKPA üzv dövlətlərində iqtisadiyyatın onurğa sütunu, sahibkarlığın hərəkətverici qüvvəsi” mövzusuna həsr olunub: “İclasdakı çıxışlarda türk dünyasının inkişafında qadınların rolundan bəhs edildi. Mən çıxışımda qadınların ölkələrin iqtisadiyytaının inkiafında rolunun önəmli olduğunu xüsusi olaraq bildirdim. Qeyd etdim ki, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən siyasi proseslərdə və rəhbər vəzifələrdə bərabər təmsil olunması TÜRKPA-nın qadın deputat qrupunun dəyərli işi ilə töhfə verə biləcəyi bir məsələdir. Bizim birgə səylərimiz və əməkdaşlığımız Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdə qadınların rolunda real və davamlı dəyişikliklərə səbəb ola bilər. Bildirmək istərdim ki, KKTC Cümhuriyyət Məclisi olaraq təşkilata üzv və müşahidəçi üzv ölkələrin oxşar səylərini dəstəkləmək və birgə layihələr hazırlamaq üçün əməkdaşlığa hazırıq”.

Haqsız embarqolar KKTC qadınlarının və gənclərinin həyatına da mənfi təsir

KKTC-dən olan millət vəkili çıxışında uzun illərdir məruz qaldıqları embarqoların ölkə qadınlarının və gənclərinin həyatına da mənfi təsir etdiyini deyib: “Mən çıxışımda “sizlərə illərdir təcrid və embarqolar altında beynəlxalq ictimaiyyətdən təcrid olunmuş yaşamağa məruz qalan bir ölkənin qadın millət vəkili olaraq üz tutruram” deyərək, Kıbrıs türk xalqına, xüsusən də gənclərə və qadınlara tətbiq edilən haqsız təcrid və embarqoların dərin və geniş miqyaslı mənfi təsirlərinin olduğunu bəyan etdim. Bildirdim ki, məhz embarqolar üzündən qadınlarımız və gənclərimiz beynəlxalq aləmdə layiq olduqları yeri tuta bilmirlər. Həmçinin, qadınlarımız istehsal etdikləri məhsulları beynəlxalq bazarlara çıxara, gənclərimiz beynəlxalq idman yarışlarında iştirak edə bilmirlər”.

İzlem Gürçağ Altuğra toplantıda çıxış edərkən
İzlem Gürçağ Altuğra toplantıda çıxış edərkən

Çıxışında Türkiyə Cümhuriyyətinin hər sahədə verdiyi dəstəklə indiyə qədər həyata keçirilən qeyri-insani embarqoların dağıdıcı nəticələrini aradan qaldırmağa çalışdıqlarını bildirən İzlem Gürçağ Altuğra “türk dünyasının ayrılmaz bir parçası olan KKTC-yə tətbiq edilən haqsız embarqolara və təcridlərə yalnız türk dünyası ailəsi olaraq birlikdə mübarizə apararaq son qoya bilərik” sözlərini də əlavə edib.

Mission News Theme by Compete Themes.