Press "Enter" to skip to content

Azərbaycan və Albaniya nazirlərinin görüşü

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Albaniya səhiyyə naziri Albana Koçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan və Albaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının mütəmadi görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Albaniya münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb. T.Musayev həmçinin, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Nazirin sözlərinə görə, ölkələr ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. O eləcə də Azərbaycan-Albaniya arasında müalicəvi turizm sahəsində də əməkdaşlıq potensialının olduğunu deyib”.

Daha sonra xəbərdə qeyd edilir ki, “səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən A.Koçi ölkələr arasında dostluq əlaqələrinin tarixi fakt olduğunu vurğulayıb. O, çıxışında bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətini xüsusilə vurğulayıb. Albaniyalı nazir, həmçinin iki ölkənin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da yeni müstəvidə uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib”.

Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mission News Theme by Compete Themes.