BAYRAQDAR MEDİA – Güney Azərbaycan milli hərəkatının fəallarından Ayaz Seyfxah, Araz Əman, Murtaza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Baqir Hacızadə və Əbdüləziz Əzimi Qədimin bədnam Evin zindanında saxlanılmasından beş ay keçir.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “güneyli fəalların cari il fevralın 5-i və 6-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilməsindən beş ay keçməsinə baxmayaraq, onlara hələ də vəkillə görüşə və girov qarşılığında zaminə buraxılmalarına icazə verilmir”.