Press "Enter" to skip to content

“Sülh və təhlükəsiz yaşamaq hüququ”. E-kitab

Avropaya İnteqrasiya Mərkəzi

BAYRAQDAR MEDİA – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “Təhlükəsiz yaşamaq hüququnun təminatı” adlı layihənin icrasına başlanılıb.

Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya AİM-in mətbuat və informasiya xidmətindən verilib.

Xəbərdə deyilir ki, “2 ay müddətinə Bakı şəhərində icra olunacaq layihənin məqsədi təhlükəsiz və sülh şəraitində yaşamaq hüququna töhfə vermək üçün onlayn hüquqi maarifləndirmə işlərinin həyata keçirilməsidir. Sülh hüququ və təhlükəsiz yaşamaq hüququnun təminatı üzrə beynəlxalq tənzimetmə bu gün Güney Qafqazda, xüsusilə Ermənistan və Azərbaycan arasında etimad mühitinin yaradılmasında, işğaldan azad olunmuş ərazilərimizdə təhlükəsiz yaşamaq hüququnun təminatında mühüm əhəmiyyətə malikdir”.

Vurğulanıb ki, “layihə çərçivəsində “Sülh və təhlükəsiz yaşamaq hüququ” adlı elektron kitabın hazırlanması və vəsaitin internet üzərindən yayımlanması nəzərdə tutulur. Özündə beynəlxalq və milli hüquqi bilgiləri əks etdirən elektron kitabın müəllifi Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Səyyad Məcidov, elmi redaktoru isə hüquq üzrə elmlər doktoru, professor Mətanət Əsgərovadır”.

Bildirilib ki, “layihənin icrası nəticəsində işğaldan azad olunmuş ərazilərimizin sakinləri internet üzərindən sözügedən elektron kitabı əldə edəcəklər. Kitabın, eyni zamanda, ingilis dilində də dərc olunması nəzərdə tutulur. Bu isə ümumilikdə həm region ölkələrinin, həm də qlobal anlamda hər kəsin Güney Qafqazdakı sülh prosesləri və onun hüquqi əsasları barədə məlumat əldə etmələrinə şərait yaradacaq”.

Mission News Theme by Compete Themes.