Son yeniləmə: 7 İyun 2024 08:31
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Quzey Makedoniyada vəzifəsini tərk edən müdafiə naziri Slavyanka Petrovska Makedoniya Sosial Demokratlar İttifaqının (SDSM) sədrliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Bu arada isə bəlli olub ki, seçkilərdə ciddi məğlubiyyətə uğrayan SDSMdə ümumilikdə üç namizəd liderliyə can atır.
Yeni Balkan xəbər verir ki, keçmiş səhiyyə naziri və parlament üzvü Venko Filipçe, keçmiş müdafiə naziri Slavjanka Petrovska və Texnologiya Sənaye İnkişafı Zonalarının (TIRZ) direktoru Yovan Despotovski namizədlik üçün müraciət ediblər.
SDSM-də namizədlik prosesi mayın 31-də başlayıb. Partiya iyunun 30-da keçiriləcək qurultayda yeni sədrini seçəcək.