Press "Enter" to skip to content

Nazım Çavuşoğlu: Qurultayda Ünal Üstelə dəstək olacağam

Nazım Çavuşoğlu (sağda) və Nadir Azəri

Son yeniləmə: 7 İyun 2024 11:15

BAYRAQDAR MEDİA – KKTC-nin hakim Ulusal Birlik Partiyasının (UBP) sədri Baş nazir Ünal Üstel, partiyanın qurultayının 2024-cü ilin sentyabrında keçiriləcəyini bildirib.

Bu arada isə gözlər UBP-nin güclü liderlərindən olan və illərdir partiya daxilində mühüm vəzifələr tutan milli təhsil naziri Nazım Çavuşoğluna yönəlib.

N.Çavuşoğlu isə UBP-nin sentyabrda keçiriləcək qurultayında sədrlik yarışında Ünal Üstelə dəstək verəcəyini bildirib.

Kıbrıs Postası TV ekranında mühüm açıqlamalar verən N.Çavuşoğlu qurultay prosesinin tədricən gündəmə gəldiyinə diqqət çəkib və “UBP-nin qurultayları həmişə önəmli olub” deyib.

Nazım Çavuşoğlu, Baş nazir və UBP sədri Ünal Üstelin partiya sədrliyinə namizəd olacağını açıqladığını deyib: “Əgər Ünal Üstel hökumətində nazir olmağı qəbul etmişəmsə, mənəvi dəyərlərimi qorumalıyam”.

Ü.Üstellə aralarında qarşılıqlı etimadın olduğunu vurğulayan N.Çavuşoğlu UBP-nin sentyabrda keçiriləcək qurultayında Ünal Üstellə birlikdə olacağını vurğulayıb.

 

Mission News Theme by Compete Themes.