Press "Enter" to skip to content

“Nə mutlu türküm” deyən hər kəs KKTC-nin yanında olmalıdır

Zorlu Törü müsahibə verərkən

Son yeniləmə: 21 İyun 2024 07:24

Zorlu Töre: Uzun illər beynəlxalq aləmin haqsız embarqolarına məruz qalan Kıbrıs türk xalqı türk cümhuriyyətlərindən dəstək gözləyir

BAYRAQDAR MEDİA – “Mən fürsətdən istifadə edib bütün türk cümhuriyyətlərini KKTC-yə sahib çıxmağa çağırıram. TÜRKPA toplantısındakı çıxışımda da bəyan etdiyim kimi “Nə mutlu türküm” deyən hər kəs KKTC-nin yanında olmalıdır. Çünki KKTC adı üstündə olan bir türk dövlətidir”.

Bunu KKTC Cümhuriyyət Məclisinin sədri Zorlu Töre BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı deyib.

Xatırladaq ki, Zorlu Törenin maraqlı fikir və çağırışları ilə zəngin müsahibəsini yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Z.Töre bildirib ki, uzun illər beynəlxalq aləmin haqsız embarqolarına məruz qalan Kıbrıs türk xalqı türk cümhuriyyətlərindən dəstək gözləyir: “Bu dəstək isə KKTC-nin tanınması, KKTC-yə sahib çıxılması ilə ola bilər. Lap elə başlayaq TÜRKPA-dan. Hesab edirəm ki, hazırda müşahidəçi üzv olduğumuz TÜRKPA tezliklə KKTC-ni tamhüquqlu üzv kimi öz sıralarına qəbul etməlidir. Eyni zamanda təbii ki, bizə dəstək olaraq digər addımlar da atıla bilər. Bu baxımdan qardaş Azərbaycanın addımları, sərgilədiyi mövqe bizi çox sevindirir”.

KKTC parlamentinin sədri vurulayıb ki, Kıbrıs Barış Hərəkatından son illərə qədər böyük qardaş Türkiyə yeganə dövlət olaraq hər zaman KKTC-nin yanında olub: “Böyük qardaşımız Türkiyənin bu mövqeyi bizə ayaqda qalmağa, dünyanın haqsız təzyiq və embarqolarına rəğmən öz dövlətimizi qorumağa kömək etdi. Bu gün isə Türkiyə ilə yanaşı digər böyük qardaşımız Azərbaycan da KKTC-nin yanındadır, bizə dəstək verir. Mən bu dəstəyə görə başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edirəm. Əminəm ki, digər türk cümhuriyyətləri də Türkiyə və Azərbaycanın bu yanaşmasından güc alaraq KKTC-yə haqq etdiyi dəstəyi göstərəcəklər”.

Mission News Theme by Compete Themes.