BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbində tədbir təşkil olunub.
Bu barədə xəbəri sözügedən Mərkəz yayıb.
Tədbirdə Mərkəzin direktoru Prof. Sevinc Əliyeva, direktor müavini Dos. Gülarə Əmirova, şöbə müdiri Dos. Şahlar Məmmədov, həmçinin məktəbin direktoru Çinarə Qurbanova və müəllim-şagird heyəti iştirak edib.
Məlumata görə, G.Əmirova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Şagirdlər tərəfindən hazırlanan şeir və mahnı nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir iştirakçıları sonda şagirdlərin hazırladığı “Yaşıl dünya” sərgisində nümayiş etdirilən əl işləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, bundan sonra Mərkəzin nümayəndə heyəti Şəkidə fəaliyyət göstərən “Kanal-S” yerli televiziya şirkəti ilə görüş keçirilməsini nəzərdə tutub.