BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil olunub.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “aktiv məşğulluq tədbirində Mədəniyyət Nazirliyi də iştirak edib və müvafiq vakansiyalar təqdim olunub. Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb”.