Son yeniləmə: 7 İyun 2024 16:20
BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət İqtisad Universitesi (UNEC) Türk Dünyası İqtisad Fakültəsi və BZT Turan Akademiyasının koordinatorluğu ilə İkinci ümumdünya, sosial, təhsil və maliyyə konfransı keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Türk Dünyası İqtisad Fakültəsindən məlumat verilib.
Bildirilib ki, “açılış nitqlərindən öncə türk dünyasının dəyərli sənətçilərı Qırğızıstandan Çolpan Kambar, Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova misilsiz ifalarını nümayiş etdiriblər.
Sonra açılış nitqini söyləyən, konfransın sədri TUDİFAK dekanı Prof.Dr. Mehmet Yüce türk dünyasının iqtisadi dinamikası, iqtisadi artım perspektivləri və bu sahədəki gələcək strategiyaları barədə geniş və ətraflı məlumat verib”.
Məlumata görə, daha sonra UNEC prorektoru dos. Fariz Əhmədov çıxış edib: “O, türk dünyası anlayışında təhsilin rolunun önəmindən bəhs edərək, UNEC-in elmi fəaliyyətlərdəki nailiyyətləri və türk dünyasında təhsil sahəsində əldə olunan əməkdaşlıqların əhəmiyyəti barədə məlumat verib. Azərbaycan Milli Məclisinin deputatı akademik Ziyad Səmədzadə, türk dünyasının mədəni irsi üzərindəki qarşılıqlı əlaqəni vurğulayaraq mühüm fikirlər səsləndirib. Eyni zamanda Türkiyə Cümhurbaşqanlığının Maliyyə İdarəsi sədri Dr. Ferhat Kara çıxışında bu konfransın elmi töhfələri barədə danışıb”.
Məlumata əsasən honfransda həmçinin Bahawalpur İslam Universitetindən Prof.Dr. Muhammad Safdar Bhatti Pakistan və türk dövlətlərinin iqtisadi, ümumdünya və təhsil sahəsindəki qarşılıqlı əlaqələri, bu istiqamətdə atılan addımlar və fürsətlər barədə geniş məlumat verib: “Son olaraq konfransın koordinatoru Dos. Fərahilə Babayeva Şükürova konfrans haqqında iştirakçılara ətraflı məlumat verərək, qonaqlara hədiyyələrini təqdim edib. Konfransın ilk “Ailəmiz türk dünyasıdır” mövzulu müzakirə panelində yerli və xarici alimlərin faydalı çıxışları dinlənilib. İkinci paneldə “Gənclərin nöqteyi nəzərindən türk dünyasına inteqrasiyası: Problemlər və həlli yolları” mövzusunda fakültə tələbələri öz araşdırmaları barədə nəticələri təqdim ediblər”.
Məlumatda vurğulanıb ki, üç gün müddətində davam edəcək beynəlxalq elmi konfransda 16 fərqli ölkədən 286 elm adamının tədqiqat işləri təqdim ediləcək.